Bəşəriyyətin sonunu gətirə biləcək 17 risk müəyyən edildi

Bəşəriyyətin sonunu gətirə biləcək 17 risk müəyyən edildi

Nüvə münaqişəsi və süni intellektdən cinayət məqsədləri üçün istifadə 2100-cü ilə qədər bəşəriyyətin tamamilə məhv olmasına səbəb ola biləcək əsas təhlükələr sırasında göstərilib.

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə nüfuzlu “The Lancet” jurnalında dərc olunan tədqiqatda xəbərdarlıq edilib.

300-dən çox potensial təhlükə müəyyənləşdirilib

Tədqiqat müəllifləri Yer kürəsinin əhalisini təhdid edən 300-dən çox potensial risk müəyyən edərək onları dörd kateqoriyaya ayırıblar.

İlk iki kateqoriyaya bəşəriyyətin tamamilə yox olmasına və ya sağlam həyat müddətinin kəskin azalmasına səbəb ola biləcək 17 ekzistensial risk daxil edilib.

Ən yüksək təhlükə səviyyəsində kütləvi aclığa yol aça biləcək nüvə münaqişəsi, süni intellektdən bədniyyətli istifadə və bioloji silahların hazırlanması göstərilib.

İnsan sağlamlığını təhdid edən digər risklər

Tədqiqatda ikinci kateqoriyaya aid edilən təhlükələrin 2100-cü ilə qədər ümumilikdə bir milyard ildən çox sağlam həyat müddətinin itirilməsinə səbəb ola biləcəyi qeyd olunur.

Bu risklər sırasına aşağıdakılar daxildir:

  • Havanın çirklənməsi və iqlim dəyişikliyi;
  • Antimikrob dərmanlara davamlılıq;
  • Uşaqlarda yetərsiz qidalanma;
  • Beynəlxalq səhiyyə yardımının dayandırılması;
  • Ənənəvi hərbi münaqişələr;
  • Yüksək alkoqol istehlakı və yüksək qan təzyiqi;
  • Gəlir bərabərsizliyi və aşağı təhsil səviyyəsi;
  • Təbii mənşəli pandemiyalar və piylənmə;
  • Ruhi sağlamlıq pozuntuları və tütünçəkmə;
  • Qeyri-sağlam qocalma.

Dövlətlərə çağırış edilib

Tədqiqatın müəllifləri hökumətləri mümkün təhlükələri əvvəlcədən müəyyənləşdirməyə və onların qarşısını almağa imkan verən səhiyyə sistemləri qurmağa çağırıblar.

Bunun üçün dövlət qurumlarında risklərin idarə olunması üzrə xüsusi bölmələrin yaradılması, qabaqlayıcı tədbirlərin büdcə planlamasına daxil edilməsi, ictimai səhiyyə və monitorinq sistemlərinin gücləndirilməsi, eləcə də mütəxəssislərin hazırlanmasına daha çox diqqət ayrılması tövsiyə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir