Müştərini arxa otağa salıb ondan 52 min aldılar

Müştərini arxa otağa salıb ondan 52 min aldılar

ABŞ-də kosmetika mağazasında müştəridən 52 min dollar alındı – ŞİKAYƏT

ABŞ-nin Kaliforniya ştatında İsrailin “Mazal Group” kosmetika şirkətinin fəaliyyəti ilə bağlı polis araşdırmaya başlayıb. Şirkətin əməkdaşlarının müştəridən zorakılıq və psixoloji təzyiq yolu ilə külli miqdarda pul aldığı iddia olunur.

Oxu.Az “Ynetnews” nəşrinə istinadən xəbər verir ki, araşdırmaya xüsusi müəssisədə yaşayan 30 yaşlı Viktor Çizolmun şikayəti səbəb olub.

Müştərini arxa otağa aparıblar

Çizolmun sözlərinə görə, mağazanın əməkdaşları onu ticarət obyektinin arxa otaqlarına apararaq çıxışı bağlayıblar. O iddia edir ki, satıcılar bank hesabına giriş əldə etmək üçün ona psixoloji təzyiq göstəriblər.

Kişinin bildirdiyinə görə, nəticədə onun hesabından təxminən 52 min dollar çıxarılıb.

Kosmetik vasitələrə və bəxşişə minlərlə dollar

Maliyyə sənədləri və çeklərə əsasən, mağaza əməkdaşları kosmetik məhsulların və xüsusi işıq terapiyası aparatının ödənişi adı ilə Çizolmun hesabından 41 747 dollar çıxarıblar.

Bundan əlavə, onun bank kartından iki əməkdaş üçün bəxşiş adı altında 9 120 dollar köçürülüb.

Çizolm istintaqa verdiyi ifadədə bildirib ki, satıcılar kredit kartını təhvil verməyənə və aparılan əməliyyatları təsdiqləməyənə qədər onun mağazadan çıxmasına icazə verməyiblər.

Şirkət məsuliyyəti bir əməkdaşın üzərinə qoyub

“Mazal Group” sistemli pozuntularla bağlı iddiaları rədd edib və baş verənlərə görə məsuliyyətin bir əməkdaşın üzərinə düşdüyünü bildirib.

Şirkət Çizolma dəymiş zərəri ödəməyə razılaşıb. Lakin bunun müqabilində ondan sosial şəbəkələrdə paylaşdığı mənfi rəyləri və şikayətləri silməsi tələb olunub.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir