Çempionlar Liqasında qalmaqal: Azarkeşlər stadionun damını yandırmağa cəhd etdilər

Çempionlar Liqasında qalmaqal: Azarkeşlər stadionun damını yandırmağa cəhd etdilər

Xəbər Yerində İdman.biz-ə istinadən xəbər verir ki, “İnter”lə matç zamanı “Feyenoord” azarkeşləri təhlükəli insident törədiblər.

Komandalarının qarşılaşmada üçüncü qolu buraxmasından sonra qəzəblənən fanatlar stadionun kənarından arenaya doğru çoxsaylı pirotexniki vasitələr atıblar.

Atəşfəşanlıq raketlərinin bir hissəsi meydana, digərləri isə stadionun damına düşüb. Nəticədə damın konstruksiyasında deşik yaranıb.

Hadisəyə görə qarşılaşma təxminən iki dəqiqəlik dayandırılıb. Polis insidentlə əlaqədar artıq iki nəfəri saxlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir