Xəbər Yerində xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər zamanı nazirin BMT Baş Assambleyasının 81-ci sessiyasında və digər beynəlxalq tədbirlərdə çıxış edəcəyi gözlənilir.
Bundan başqa, sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində Ceyhun Bayramovun müxtəlif ölkələrin rəsmi şəxsləri və beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

