Ankarada keçirilən mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun nəzakətli davranışı diqqət çəkib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ərəfəsində Ankarada salınan “Beştəpə Millət Ormanı” və “Türk Dövlətləri Mədəniyyət Parkı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib.
Rəsmi açılış mərasimində keçirilən fotoçəkiliş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyeyevanın sırğası yerə düşüb.
Bunu görən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dərhal sırğanı yerdən götürərək Özbəkistanın birinci xanımına təqdim edib.
Nazirin bu nəzakətli jesti mərasim iştirakçılarının diqqətini cəlb edib.

