Ceyranbatan Ekoparkda növbəti yanğın: sakinlər binadan çıxarıldı-VİDEO

Ceyranbatan Ekoparkda növbəti yanğın: sakinlər binadan çıxarıldı-VİDEO

Xəbər Yerində xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ceyranbatan Ekopark ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu, ərazidə baş verən ilk yanğın hadisəsi deyil.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğın 9-cu mərtəbədə baş verib

Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir