Çində yeni Azərbaycan logistika mərkəzi açılıb

Çində yeni Azərbaycan logistika mərkəzi açılıb

Azərbaycan daşıyıcılarının əsas problemlərindən biri sərhəddən keçmə ilə bağlıdır.

Xeberyerinde Report.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, avtomobillər sərhəddən nə qədər sürətlə keçərsə, bir o qədər də ticarət sürətlənər: “Daşıma xərcləri azalar, milli daşıyıcıların gəlirləri artar. Bu, həm də ölkəmizdə dekarbonizasiya prosesinin sürətləndirilməsi deməkdir. Çünki avtoparkların yenilənməsi, yeni nəsil avtomobillərin alınması çox önəmlidir. Yəni bizim fəaliyyətimiz təkcə ticarət deyil, həm də “yaşıl layihə”lərlə bağlıdır”.

“Hazırda Azərbaycanda 15 minlik TIR parkı var. Son bir neçə ildə TIR parkı bir neçə dəfə böyüyüb. Bu göstərici Azərbaycanın hazırkı bazar payına görə kifayət edir. Biz əslində çalışmalıyıq ki, bazar payını artıraq”, – deyə baş katib əlavə edib.

Bundan başqa, ABADA rəsmisi deyib ki, Azərbaycan daşıyıcıları Çində logistika mərkəzi açıblar: “Mərkəz Çinin Qazaxıstanla sərhədində yerləşir. Biz assosiasiya olaraq bu il Çindəki tədbirlərdə fəal iştirak etmişik. Orada bizim daşıyıcılarımızın problemləri ilə maraqlanmışıq, həm də yerinə də gedib baxmışıq. Onlara maksimum dəstək veririk”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir