Ciqanın 15 yaşlı qızı atasının narkotik asılılığından danışdı: “O bizi öldürəcək”

Xəbər Yerində xəbər verir ki, tanınmış bloqer Oksana Samoylovanın reper Ciqandan olan 15 yaşlı qızı Ariela ilk dəfə atasının narkotik asılılığı, psixi pozuntuları və ailədə yaşandığını bildirdiyi zorakılıq barədə ətraflı danışıb.

Qafqazinfo-nun məlumatına görə, Ariela Kseniya Sobçakın kanalına verdiyi müsahibədə bu ilin yayında atasının evdə törətdiyi silahlı insident və işçilərini girov saxladığı bildirilən hadisə barədə də danışıb.

“Çox qorxmuşdum”

Ariela həmin gecə atasının narkotik vasitələrin təsiri altında olduğunu bildirib.

Onun sözlərinə görə, əvvəlcə kiçik bacısı Mayaya gizlənməyi tapşırıb. Daha sonra digər bacısı Leya ilə birlikdə pəncərədən Ciqanın mühafizəçiyə atəş açdığını görüblər.

Ariela həmin an yaşadıqlarını belə ifadə edib:

“Maya nə baş verdiyini anlayırdı. Çox qorxmuşdum, başa düşürdüm ki, əgər gizlənsəm, daha pis olacaq. Maya və Leya üçün məsuliyyət mənim üzərimdə idi. Sonra anam yazdı ki, indi onun dalınca gələcəklər. O bizə gizlənməli olduğumuzu söylədi”.

Anasına qorxu içində mesajlar yazıb

Oksana Samoylova müsahibə zamanı hadisə baş verən vaxt qızı ilə yazışmasını da nümayiş etdirib.

Arielanın anasına göndərdiyi mesajlardan onun həmin vaxt ciddi qorxu yaşadığı və ailə üzvlərinin həyatı üçün narahat olduğu görünür.

Ariela yazışmalarında atasının atəş açdığını və onları evdə kilidlədiyini bildirərək anasından kömək istəyib:

“Ana, biz öləcəyik… O, dəli olub… Tez ol, xahiş edirəm… Qoy bu alçağı həbs etsinlər… O, atəş açır… Başladı… O bizi kilidləyib… Ana, xahiş edirəm, yalvarıram… Xahiş et, kimsə gəlsin… Səni çox sevirəm… O gəlir bizi vurmağa… O bizi öldürəcək”.

“Bu, ilk dəfə deyil”

Ariela atasının narkotik vasitələrin təsiri altında bu cür vəziyyətə ilk dəfə düşmədiyini də deyib.

Onun sözlərinə görə, oxşar hadisə 2020-ci ildə, anası Oksana Samoylova kiçik oğlu Davidə hamilə olarkən baş verib. Həmin vaxt Ciqanın narkotik maddələrin təsiri altında küçədə çılpaq gəzməyə başladığı bildirilib.

Ariela həmçinin atasının 2023-cü ildə də bənzər psixi pozuntu yaşadığını söyləyib. Onun sözlərinə görə, həmin hadisə zamanı Ciqan tüfəngi Oksana Samoylovaya tərəf yönəldib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir