Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.
Xeberyerinde xəbər verir ki, görüşdə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Atadakı Konqres Mərkəzinə gəlib.
Tədbirdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçıları regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirlər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

