Qırğızıstanın Çolpon-Ata şəhərində Prezident Sadır Japarovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti təşkil olunub.
Xeberyerinde xəbər verir ki, ziyafət Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilib.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

