Çoxsaylı şikayətlərdən sonra vəkil həbs edildi

Çoxsaylı şikayətlərdən sonra vəkil həbs edildi

Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov həbs edilib.

Xeber Yerinde xəbər verir ki, vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Elşad Məmmədova qarşı dələduzluq ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azərbaycan Vəkillər Kollegiyasının məlumatlarında Elşad Məmmədovun Abşeron rayon Vəkil Bürosunda fəaliyyət göstərdiyi qeyd olunur.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir