Goranboyda baş verən qətlin təfərrüatı məlum olub.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, 33 yaşlı Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib.
İlkin məlumata görə, ailə münaqişəsi zəminində yaranan dava zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman araya girən oğlu Elvin Aslanov bıçaq zərbəsinə tuş gəlib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Şahin Aslanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, qətlə yetirilən Elvin Aslanov fitnes klubunun rəhbəri olub.
Faktla bağlı araşdırma aparılır.



