Xəbər Yerində xəbər verir ki, Türkiyənin “Uzak Şehir” serialında “Demir” obrazını canlandıran aktyor Ferit Kayanın paylaşımı sosial şəbəkələrdə maraq doğurub.
Aktyor avtomobil idarə etdiyi vaxt Azərbaycanın tanınmış sənətkarı Şövkət Ələkbərovanın ifasında səslənən “Söz olmasaydı” mahnısını dinləyib.
Ferit Kaya həmin anları lentə alaraq sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Türkiyəli aktyorun Azərbaycan musiqisinin məşhur nümunələrindən birinə qulaq asması paylaşımın diqqət çəkən məqamlarından biri olub.

