Suriyada hərbi obyektdə güclü partlayış: Ölən və yaralananlar var

Suriyada hərbi obyektdə güclü partlayış: Ölən və yaralananlar var

Xəbər Yerində xəbər verir ki, Suriyanın Deyr əz-Zor vilayətinin qərbində, Əyyəş qəsəbəsi yaxınlığındakı hərbi obyektlərdən birində silah anbarında partlayış baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Axtarış-xilasetmə əməliyyatı zamanı 6 nəfərin meyiti aşkarlanıb. Bir neçə şəxsin taleyi ilə bağlı isə hələlik məlumat yoxdur.

Suriyanın Müdafiə Nazirliyinin Media və Kommunikasiya İdarəsi də partlayış faktını təsdiqləyib. Bildirilib ki, hadisə ordunun Əyyəş bölgəsində yerləşən obyektlərindən birində baş verib.

Hazırda partlayışın başvermə səbəbləri araşdırılır və hadisənin nəticələri qiymətləndirilir.

Bununla yanaşı, Suriya İnsan Haqları Müşahidə Qrupu hadisə nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında ölən və yaralananların ümumi sayının 18 olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir