DİN-dən məktəb qarşısında uşaqlara konfet paylanması ilə bağlı AÇIQLAMA

DİN-dən məktəb qarşısında uşaqlara konfet paylanması ilə bağlı AÇIQLAMA

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

Nazirlik vətəndaşlara müraciət edərək mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymamağa çağırıb.

“Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar”, – DİN-in məlumatında qeyd olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir