Divarı sökərkən milyonlarla avro dəyərində xəzinə tapdılar

Divarı sökərkən milyonlarla avro dəyərində xəzinə tapdılar

Belçikanın Dendermonde şəhərində bina təmiri aparan işçilər gözlənilməz tapıntı ilə qarşılaşıblar.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, səkkiz tikinti işçisi zirzəmidə divarı sökərkən texnikanın ucu qızılla dolu sandığa ilişib.

İşçilər tapıntı barədə dərhal binanın sahibinə məlumat veriblər. Sahib isə məsələ ilə bağlı polisə müraciət edib.

Polis əməkdaşları əraziyə gələrək sandıqda olan qızıl külçələri və yüzlərlə qızıl sikkəni rəsmi qaydada qeydiyyata alıblar. İlkin hesablamalara görə, xəzinənin dəyəri təxminən 9 milyon avro təşkil edir.

Tapılan qızılın inventarlaşdırılması polis bölməsində ciddi nəzarət altında həyata keçirilib. Prosesə eyni vaxtda dörd nəfər cəlb olunub və bütün xəzinə daha sonra möhürlənərək polis nəzarətinə götürülüb.

Hazırda hüquq-mühafizə orqanları xəzinənin nə vaxt və kim tərəfindən gizlədildiyini araşdırır. Qızılın qanuni sahibinin müəyyənləşdirilməsi üçün də araşdırma aparılır.

Polis qeyd edib ki, açıqlanan 9 milyon avroluq məbləğ yalnız ilkin qiymətləndirmədir. Xəzinənin tam tərkibi və dəqiq miqdarı müəyyənləşdirildikdən sonra onun ümumi dəyəri dəyişə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir