Dünya çempionatında üç azərbaycanlı güləşçi məğlub oldu

Dünya çempionatında üç azərbaycanlı güləşçi məğlub oldu

Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlubiyyətlə üzləşib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) rəqibləri ilə qarşılaşmalarda uğursuz nəticə göstəriblər.

Ruzanna Məmmədova 1/8 final mərhələsində Çin təmsilçisi Menqyu Xie ilə görüşdə məğlub olub. Rəqibi növbəti mərhələdə də uduzduğu üçün Azərbaycan idmançısının təsəlliverici görüşlər vasitəsilə medal qazanmaq şansı qalmayıb.

Rəşid Babazadə 1/16 finalda Qırğızıstan təmsilçisi Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 final mərhələsində Bəhreyn idmançısı Axmed Maqomed Tajudinova məğlub olub.

Azərbaycan güləşçilərinin rəqibləri finala yüksələrsə, milli üzvləri sabah təsəlliverici görüşlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir