DYP sürücülərə müraciət etdi: Ara məsafəsini qoruyun

DYP sürücülərə müraciət etdi: Ara məsafəsini qoruyun

BDYPİ-dən sürücülərə müraciət: Təhlükəsiz ara məsafəsini qoruyun

Xeberyerinde DYP-ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmamasıdır. Bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur.

Ara məsafəsinin kifayət qədər saxlanılmaması

  • qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi
  • gözlənilmədən hərəkət istiqamətini dəyişməsi
  • maneə ilə qarşılaşması
  • hərəkəti dayandırması

zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Bu kimi hallarda arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.

Sürücülər bilməlidirlər ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir