Əhaliyə xəbərdarlıq: işıq kəsiləcək

Əhaliyə xəbərdarlıq: işıq kəsiləcək

Bu gün elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar Azərbaycanın bir sıra rayonlarında və Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

“Xəbər yerində”nin məlumatına görə, “Azərişıq” ASC artan enerji tələbatının qarşılanması və elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə hava xətlərində və transformator məntəqələrində planlı işlərin həyata keçiriləcəyini açıqlayıb.

Ağdaş:

Saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Tərtər:

10:00–14:00 aralığında Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində enerji təchizatında fasilə olacaq.

Yevlax:

Saat 10:00-dan 16:00-dək Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli və Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Yasamal:

İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Nərimanov:

Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerji təchizatında fasilə yaranacaq.

“Azərişıq”dan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin olunması nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir