Xəbər Yerində xəbər verir ki, sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıblar.
Onların barəsində istintaq müddətində polisin nəzarəti altında olmaq şərti ilə azadlıqda qalmaq barədə qərar qəbul edilib. Bununla belə, cinayət işi üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmin maddə pornoqrafik materialların qanunsuz hazırlanması, yayılması, reklam edilməsi və bu cür materiallarla qanunsuz ticarəti əhatə edir.
Mənbə: Qafqazinfo

