Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü – Foto

Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü – Foto

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd ilə görüşüb.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşü də müzakirə olunub. Bu tədbir korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.

Görüşdə Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi bildirilib. Ölkəmizin təşkilata üzv olduğu 35 il ərzində İƏT-in beynəlxalq nüfuzunun və institusional imkanlarının artırılmasına mühüm töhfələr verdiyi qeyd edilib.

İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi ardıcıl və prinsipial dəstək yüksək qiymətləndirilib.

Həmçinin Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi etməsi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərə toxunulub. Ölkəmizlə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir