Xəbər Yerində xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Siqnaxi şəhərində bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüş keçirib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli əməkdaşlığın aktual məsələləri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Görüşdən sonra Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclasının keçirilməsi nəzərdə tutulub.

