Qatar 630 ton buğda və 36 ton propan daşıyır
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük qatarı göndərilib.
Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, 10 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşərək Böyük Kəsik istiqamətinə hərəkət edib.
Qatarda 9 vaqonda ümumilikdə 630 ton buğda, bir vaqonda isə 36 ton propan daşınır.
Tranzitlə Ermənistana göndərilən yüklərin həcmi artır
İndiyədək Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Bundan başqa, Azərbaycandan Ermənistana indiyədək 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” markalı benzin ixrac olunub.

