Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam edir-FOTO

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam edir-FOTO

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və digər ağır cinayətlərə görə məhkum olunmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərin apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edərək bildiriblər ki, təqsirləndirilən şəxslərin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, mina terroru, mülki şəxslərə qarşı törədilmiş cinayətlər və digər qanunsuz əməllərdə iştirakları birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təsdiq olunub.

Qeyd olunub ki, ittihamlar şahid ifadələri, ekspertiza rəyləri, istintaq materialları və digər sübutlarla əsaslandırılıb.

Məhkəmənin növbəti iclası iyulun 28-nə təyin edilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük, digər təqsirləndirilən şəxslər isə 15 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir