Fələstin Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib-FOTO

Fələstin Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib-FOTO

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabanda olub.

Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, səfər çərçivəsində Fələstin hökumətinin başçısı Azərbaycanın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin məzarını ziyarət edib və önünə əklil qoyub.

Məhəmməd Mustafa, həmçinin görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, onun məzarı üzərinə gül dəstələri düzüb.

Ziyarət zamanı tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri ehtiramla anılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir