Fövqəladə Hallar Nazirliyinə İsmayıllı rayonunun Bizlan kənd sakini Novruz Müslüm oğlu Məhərrəmliyə məxsus yaşayış evinin istifadəyə yararsız vəziyyətə düşməsi və ailənin müvəqqəti yaşayış yerinə ehtiyac duyması ilə bağlı məlumat daxil olub.
Müraciətlə əlaqədar FHN-in Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yerləşdirilməsi üçün çadır quraşdırılıb və vətəndaşa təhvil verilib.
Nazirlik tərəfindən ailənin müvəqqəti yaşayış şəraitinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.





