Fransada meşə yanğınları ilə bağlı 263 nəfər saxlanıldı – Onlardan 92-si azyaşlıdır

Fransada meşə yanğınları ilə bağlı 263 nəfər saxlanıldı – Onlardan 92-si azyaşlıdır

Fransada meşə yanğınları mövsümünün başlanmasından bu günə qədər qəsdən yanğın törədilməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində 263 nəfər saxlanılıb.

“Le Parisien” qəzetinin Fransa hökumətinə istinadən yaydığı məlumata görə, saxlanılan şəxslərdən 92-si azyaşlıdır.

Bildirilir ki, bundan əvvəl Bordo məhkəməsində ölkənin cənub-qərbində yerləşən Jirond departamentində baş vermiş meşə yanğınları ilə bağlı 11 nəfər haqqında cinayət işlərinə baxılıb.

Qeyd edək ki, bu il Avropada, xüsusilə Fransa və İspaniyada meşə yanğınları rekord həddə çatıb.

Avropa Komissiyası isə yanğınlarla mübarizə məqsədilə Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və yüzlərlə yanğınsöndürənin səfərbər olunduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir