Generalın oğlu 2 il sonra vəzifəsindən azad edildi

Generalın oğlu 2 il sonra vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vəzifə dəyişikliyi baş verib.

Rauf Qasımzadə xidmətini başa vurub

Penitensiar xidmətin Strateji planlaşdırma və monitorinq idarəsində rəis köməkçisi vəzifəsində çalışan Rauf Qasımzadə tutduğu vəzifədən azad edilib.

Məlumata görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb. Qasımzadə öz ərizəsi əsasında ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.

Atası da yüksək vəzifələrdə çalışıb

Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər Ədliyyə Nazirliyində yüksək vəzifələrdə işləyib.

O, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi, eləcə də məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi vəzifələrini tutub.

Rauf Qasımzadə isə iki il əvvəl ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir