Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 milyon 68 min şəxsə ümumilikdə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Ödənişlərin bölgüsü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 505 min nəfərə 738 milyon manat müavinət, 405 min nəfərə 474 milyon manat Prezident təqaüdü, 158 min nəfərə isə sosial sığorta hesabına 102 milyon manat ödəniş edilib.
Ödənişlər artıb
Ötən ilin eyni dövrü ilə müqayisədə müavinət ödənişləri 13 faiz, təqaüdlər 14 faiz, sosial sığorta hesabına ödənilən müavinətlər isə 8 faiz artıb.
Təyinatların böyük hissəsi elektronlaşdırılıb
Cari ilin ilk 7 ayında daha 86 min, 2019-cu ildən etibarən isə ümumilikdə 966 min müavinət və təqaüd elektron sistem vasitəsilə proaktiv şəkildə təyin olunub.

