Gömrükdə yoxlama aparıldı: 3 vəzifəli şəxs işdən çıxarıldı

Gömrükdə yoxlama aparıldı: 3 vəzifəli şəxs işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xidməti yoxlama keçirib.

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, araşdırma gömrük orqanına bəyan edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı mühərrik həcmlərinin düzgün hesablanmadığını üzə çıxarıb.

Baş inspektor və ekspert-auditor vəzifələrindən azad edildi

Yoxlamanın nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tərəfindən bir sıra intizam tədbirləri görülüb.

Belə ki, baş inspektor, gömrük xidməti kapitanı Elçin Tofiq oğlu Vəlizadə və ekspert-auditor Babək İsa oğlu Nəsibov tutduqları vəzifələrdən azad ediliblər.

Bundan başqa, “Azərterminalkompleks” Birliyinin Ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi idarəsinin Bakı şöbəsində ekspert-auditor vəzifəsində çalışan Rəfail Təvəkkül oğlu Ələkbərov da intizam məsuliyyətinə cəlb olunub.

Daha 4 gömrük əməkdaşına xəbərdarlıq edildi

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin bir neçə əməkdaşına isə xəbərdarlıq olunub.

Xəbərdarlıq alanlar baş inspektorlar, gömrük xidməti polkovnik-leytenantı Mehdi Qadir oğlu Rüstəmov və gömrük xidməti mayoru Qasım­bala Məmmədəğa oğlu Tağıyev, eləcə də böyük inspektor, gömrük xidməti baş leytenantı Cavid Hikmət oğlu İbrahimli və inspektor, gömrük xidməti mayoru Füzuli Səroj oğlu İbrahimovdur.

Qeyd edək ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gömrük xidməti general-mayoru Vəzir Həsənov rəhbərlik edir.

Xalq artisti Qədir Rüstəmovun oğlu da xəbərdarlıq alanlar arasındadır

Manset.az-ın yaydığı məlumata görə, intizam tədbiri tətbiq edilən əməkdaşlardan biri Mehdi Rüstəmovdur.

Məlumata əsasən, Mehdi Rüstəmov Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun oğludur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir