Bakıda fəaliyyət göstərən “Gənclik Mall”da həyəcan siqnalı səslənib.
Siqnalın ardınca ticarət mərkəzindəki ziyarətçilərin binadan çıxarılmasına başlanılıb. Hadisənin ilkin səbəbi barədə məlumat verilməyib.
Daha sonra ticarət mərkəzinin məlumat mərkəzindən bildirilib ki, müəyyən problem yaranıb və bu səbəbdən təxliyə həyata keçirilib. Hazırda vəziyyətin normallaşdığı və problemin aradan qaldırıldığı qeyd olunub.

