Gəncədə 64 yaşlı qadının ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə şəhərdəki bazarlardan birində qeydə alınıb.
1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara əsasən, hadisənin törədilməsində mərhumun oğlu şübhəli bilinir. Daha sonra 44 yaşlı Ramin İsmayılovun saxlanıldığı barədə məlumat yayılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Xəzər Xəbər

