Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyəli nazir Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Dövlət və Hökumət Başçıları Şurasının 7-ci sammitində iştirak edəcək. O, zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Hakan Fidanın sammitdə çıxış etməsi və səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi gözlənilir.
Qeyd edək ki, Hakan Fidanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb.

