Hava kəskin dəyişdi: Qar, leysan və dolu qeydə alındı

Hava kəskin dəyişdi: Qar, leysan və dolu qeydə alındı

Azərbaycanda oktyabrın 24-də yağıntılı hava şəraiti davam edib. Bir sıra ərazilərdə leysan xarakterli intensiv və güclü yağış yağıb, yüksək dağlıq ərazilərdə isə qar qeydə alınıb.

Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 24-ü saat 10:00-a olan məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Bildirilib ki, Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb. Şahdağda qar örtüyünün hündürlüyü 3 santimetrə çatıb.

Ən çox yağıntı Şəkidə qeydə alınıb

Bakıda və Abşeron yarımadasında 7 millimetrədək yağıntı düşüb.

Rayonlarda qeydə alınan yağıntının miqdarı isə belədir:

  • Kişçayda (Şəki) – 47 mm;
  • Zaqatalada – 44 mm;
  • Sarıbaşda (Qax) – 17 mm;
  • Ağsuda – 7 mm;
  • Xızı və Hacıqabulda – 6 mm.

Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Zərdab, Beyləqan, Biləsuvar, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan və Şuşada isə 4 millimetrədək yağıntı qeydə alınıb.

Şəkinin iki kəndinə dolu düşüb

Bundan başqa, oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə dolu düşüb.

Məlumata görə, dolunun diametri 5-7 millimetr olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir