“Heç kim Türkiyə-Azərbaycan qardaşlığını poza bilməz!”

“Heç kim Türkiyə-Azərbaycan qardaşlığını poza bilməz!”

“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim, professor Aygün Attar İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyasına münasibət bildirib.

O, sosial şəbəkə hesabında Türkiyə-Azərbaycan qardaşlığının heç kimin təsiri ilə pozula bilməyəcəyini vurğulayıb.

“Eyni şüarlar, eyni bəhanələr”

A.Attar qeyd edib ki, sözügedən aksiya ona daha əvvəl baş vermiş hadisələri xatırladıb:

“Heç kim Türkiyə-Azərbaycan qardaşlığını poza bilməz! Dünən Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı bir neçə söz demək istəyirəm: Biz bu filmi əvvəllər də görmüşük”.

Professor bildirib ki, apardığı araşdırma zamanı həmin şəxslərin 21 yanvar 2011-ci ildə də eyni bəhanə və şüarlarla aksiya keçirdiklərini müəyyənləşdirib.

“Qısa bir araşdırma apardım və məlum oldu ki, həmin şəxslər eyni bəhanə və eyni şüarlarla hələ 21 yanvar 2011-ci ildə də səhnəyə çıxmışdılar. İndi isə 15 illik fasilədən sonra – 3 oktyabr 2026-cı ildə, yəni Türk Dövlətləri Təşkilatı Günündə onlar yenidən ortaya çıxıblar.

Aydındır ki, yenə eyni ssenari gündəmdədir. Ey Türkiyə, ey Azərbaycan – biri ürək, bir can Vətənim – sizcə, bunlar sadəcə təsadüfdürmü?”, – deyə A.Attar əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir