Hüseyn Həsənov sevgili tapa bilmədiyini etiraf etdi: “Öz insanımı tapmaq daha çətin imiş”

Hüseyn Həsənov sevgili tapa bilmədiyini etiraf etdi: “Öz insanımı tapmaq daha çətin imiş”

Xəbər Yerində xəbər verir ki, bloger Hüseyn Həsənov sevgili tapa bilmədiyini etiraf edib.

Hüseynə “Sənin üçün nə daha vacibdir: pul, yoxsa sevgi?” sualı ünvanlanıb.

Bloger sevginin onun üçün daha vacib olduğunu bildirib:

“Sevgi. Pul qazanmağı artıq bacarıram. Amma öz insanımı tapmaq daha çətin məsələ imiş”.

“Hətta çoxdan istəyirəm”

Hüseynə “Sadə bir qızla ciddi münasibət qura bilərsən?” sualı da verilib.

O, bu suala belə cavab verib:

“Əlbəttə. Mənim üçün qızın neçə izləyicisinin olması, nə işlə məşğul olması və nə qədər tanınması ümumiyyətlə vacib deyil. Mənim üçün əsas onun xarakteri, öz fikrinin olması, onunla maraqlı vaxt keçirməyim və yanında daha yaxşı biri olmaq istəməyimdir. Beləliklə, bəli. Hətta çoxdan istəyirəm”.

Mənbə: Axşam.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir