İlber Ortaylının şəxsi əşyalarının satılması müzakirələrə səbəb oldu

İlber Ortaylının şəxsi əşyalarının satılması müzakirələrə səbəb oldu

Mərhum türk tarixçisi və yazıçısı, professor İlber Ortaylının bəzi şəxsi əşyalarının satışa çıxarılması Türkiyədə müzakirələrə yol açıb.

İddialara görə, Ortaylının qızı Tuna Ortaylı atasına məxsus fincan, vaza və digər məişət əşyalarını ikinci əl satış qruplarında satışa təqdim edib. Bildirilir ki, həmin əşyaların qiyməti 200-800 türk lirəsi arasında dəyişib.

Bəzi sosial şəbəkə istifadəçiləri məşhur tarixçinin şəxsi əşyalarının satışa çıxarılmasını tənqid edərək bunu hörmətsizlik kimi qiymətləndiriblər.

Müzakirələrdən sonra Tuna Ortaylı məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, atasının İstanbulda bağlanmalı olan yeddi evi var və həmin evlərdə onun üçün dəyərli sayılan iş masaları, kitablar və ailə üzvləri ilə yaxınlarına xatirə olaraq saxlanılacaq əşyalar qorunacaq.

Tuna Ortaylı qeyd edib ki, digər əşyaların tullantıya çevrilməməsi və əldə olunan vəsaitin xeyriyyə məqsədinə yönəldilməsi üçün onları satışa çıxarıb. Onun sözlərinə görə, TEMA Vəqfi yaxın zamanda İlber Ortaylının adına xatirə meşəsi salacaq və bu satışdan əldə olunan gəlir həmin layihəyə töhfə verəcək.

“Ölkəmizdə heç bir yaxşılıq cavabsız qalmır. Məni atamın əşyalarını satan vəfasız qız kimi ittiham edirlər. Bu hadisədən sonra həmin qrupda daha heç nə satmayacağam. Əvvəllər bu əşyalardan alan hər kəsə xatirə meşəsinə verdikləri töhfəyə görə təşəkkür edirəm”, – deyə Tuna Ortaylı bildirib.

O, əlavə edib ki, ailə olaraq İlber Ortaylının adına kitabxana yaratmaq niyyətindədirlər. Tuna Ortaylının sözlərinə görə, atası bir alim kimi əşyaları ilə deyil, kitabları və elmi irsi ilə xatırlanmaq istəyərdi.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir