İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Aleksandr Oşpelt ilə görüşüb.

Azərbaycanda keçirilən beynəlxalq yarışlar müzakirə olunub

Görüş zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli və nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növləri üzrə yarışlara uğurla ev sahibliyi etdiyi vurğulanıb.

Bu xüsusda Bakıda keçirilən “Formula-1” yarışlarının yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

“Şahdağ”da nüfuzlu yarışlar keçiriləcək

Azərbaycanda müasir qış-xizək infrastrukturunun yaradıldığı bildirilib. Həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyasının xətti ilə “Şahdağ” Turizm Mərkəzində bir sıra nüfuzlu yarışların keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Görüşdə ötən il Azərbaycan Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq haqqında imzalanmış müqavilənin ölkədə qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycanla Federasiya arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir