Prezident İlham Əliyev İspaniyada baş verən və onlarla insanın həyatına son qoyan qatar qəzası ilə əlaqədar bu ölkənin Baş naziri Pedro Sançesə və İspaniya xalqına başsağlığı verib.
Xəbər Yerində xəbər verir ki, dövlət başçısı başsağlığı mesajında faciə nəticəsində həlak olanların ailələrinə də dərin hüznlə başsağlığı çatdırıb, yaralananların tezliklə sağalmasını arzulayıb.
İlham Əliyev mesajında qeyd edib:
“İspaniyada baş verən faciəvi qatar qəzası məni dərindən kədərləndirdi. Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığımı çatdırıram. Yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, İspaniyada iki sürət qatarının toqquşması nəticəsində son məlumata görə, 68 nəfər həlak olub, çox sayda insan yaralanıb. Faciə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.

