Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüş keçirib.
Formula 1 yarışlarının təşkili müzakirə olunub
Görüş zamanı Bakıda hər il olduğu kimi, bu dəfə də Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olunub.
Söhbət əsnasında Formula 1 yarışlarının Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyəti vurğulanıb.
Əməkdaşlığın perspektivləri müzakirə edilib
Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və ölkədə fəaliyyət göstərən klublarla əməkdaşlığından məmnunluq ifadə olunub.
Tərəflər mövcud əməkdaşlığın gələcək perspektivlərini də müzakirə ediblər.


