İlham Əliyev Məsud Pezeşkiana zəng edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana telefonla zəng edib.

Telefon danışığı zamanı İlham Əliyev iranlı həmkarını doğum günü münasibətilə təbrik edib və ona möhkəm cansağlığı, uzun ömür, eləcə də prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Məsud Pezeşkian isə göstərilən diqqətə və ünvanlanan təbrikə görə Azərbaycan Prezidentinə təşəkkürünü çatdırıb.

Bişkekdəki görüş yada salınıb

Söhbət zamanı dövlət başçıları Bişkekdə baş tutan son görüşlərini xatırlayıb, həmin görüş çərçivəsində müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan nümayəndə heyətinin İran səfəri

Telefon danışığında Azərbaycan Hökumətinin nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu da qeyd edilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan-İran ikitərəfli münasibətlərinin gündəliyində yer alan məsələlərlə bağlı müzakirələr aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir