Putindən Azərbaycanla bağlı sərəncam – Bu şəxslərə qadağa qoyuldu

Putindən Azərbaycanla bağlı sərəncam – Bu şəxslərə qadağa qoyuldu

Xəbər Yerində xəbər verir ki, Rusiyadan Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə 1 milyon rubldan artıq nağd pul aparılmasına məhdudiyyət qoyulub.

Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Azərbaycan da siyahıdadır

Yeni qaydaya əsasən, fiziki şəxslərin Rusiyadan Avrasiya İqtisadi İttifaqına daxil olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstana, həmçinin Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan çox nağd vəsait çıxarması qadağan edilib.

Lakin şəxsin bank hesabından bütün məbləğin çıxarıldığını təsdiqləyən sənədləri olduqda, müəyyən beynəlxalq hava limanlarından nağd pulun ölkədən çıxarılmasına icazə verilir.

Kimlərə şamil olunmur?

Məhdudiyyət beynəlxalq daşımalar həyata keçirən hüquqi şəxslərə tətbiq edilmir.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bildirişi əsasında ölkənin diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi məqsədilə vəsaitlərin ölkədən çıxarılması da qadağadan istisna edilir.

Qaydanı pozanları nə gözləyir?

Sərəncamda qadağanın pozulmasına görə maliyyə sanksiyası da müəyyənləşdirilib.

Belə ki, fiziki şəxsdən 1 milyon rubldan artıq çıxarılan nağd vəsaitin müsadirə edilməsi nəzərdə tutulur. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə ölkədən çıxarılan nağd pulun tam həcmdə müsadirəsi müəyyənləşdirilib.

Qərar Vladimir Putin tərəfindən imzalandığı gün – sentyabrın 29-da qüvvəyə minib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir