Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, dövlət başçısının müraciəti sərginin açılış mərasimində oxunub.
Qeyd edək ki, “Rebuild Karabakh 2026” sərgisi oktyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçirilir. Tədbirdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurma layihələri, müasir tikinti texnologiyaları və investisiya imkanları müzakirə olunur.

