İlham Əliyev Tokayevə təbrik məktubu göndərdi

İlham Əliyev Tokayevə təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı məktubunda Tokayevi və onun simasında qardaş Qazaxıstan xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edərək ən xoş arzularını çatdırıb.

İlham Əliyev qeyd edib ki, Kasım-Jomart Tokayevin yürütdüyü düşünülmüş siyasət nəticəsində Qazaxıstan hərtərəfli inkişaf edir, bütün sahələrdə nailiyyətlər qazanır, iqtisadi potensialını gücləndirir və beynəlxalq aləmdə böyük nüfuz əldə edir. Prezident qardaş ölkənin ildən-ilə yeni uğurlara imza atmasından səmimi-qəlbdən sevindiklərini vurğulayıb.

Məktubda iki ölkə arasında münasibətlərin inkişafına da toxunulub. Dövlət başçısı bildirib ki, müntəzəm qarşılıqlı səfərlər, görüşlər və ali səviyyədə fəal dialoq ikitərəfli əlaqələrin inkişafında, strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmlənməsində mühüm rol oynayır.

Prezident İlham Əliyev Tokayevin bu yaxınlarda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərini yüksək qiymətləndirib.

Dövlət başçısı əminliyini ifadə edib ki, xalqların qardaşlığına və zəngin mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələri bundan sonra da birgə səylərlə inkişaf edəcək və möhkəmlənəcək.

İlham Əliyev təbrik məktubunun sonunda Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətində uğurlar, Qazaxıstan xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir