İlham Əliyev “Yol hərəkəti haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzaladı

İlham Əliyev “Yol hərəkəti haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunda edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati protokolların tərtibi və elektron informasiya sistemində yerləşdirilməsi prosedurları təkmilləşdirilir. Həmçinin bu sahədə səlahiyyət bölgüsü və məlumatların idarə olunması ilə bağlı yeni mexanizmlər müəyyənləşdirilib.

Sənədə əsasən, qanunda nəzərdə tutulan informasiya sistemi dedikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.

Bundan başqa, Nazirlər Kabinetinə qanundan irəli gələn məsələlərin həlli tapşırılıb.

Bu dəyişikliklər yol hərəkəti qaydalarının pozulması ilə bağlı sənədləşmə və elektron qeydiyyat prosesinin daha səmərəli təşkilinə xidmət edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir