Xəbər Yerində xəbər verir ki, İndoneziyaya məxsus “Virgo Transport 8” gəmisinin batması nəticəsində ölənlərin sayı 66 nəfərə yüksəlib.
“The Jakarta Post” nəşrinin məlumatına görə, axtarış-xilasetmə əməliyyatlarının 16-cı günündə 69 nəfərin taleyi hələ də məlum deyil.
Məlumata əsasən, indiyədək 108 sərnişin xilas edilib.
Bərədə 243 nəfər olub
Qeyd edək ki, hadisə 13 sentyabr tarixində baş verib. “Virgo Transport 8” Şərqi Yavanın Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Bancarmasin şəhərinə doğru hərəkətdə olarkən qəzaya uğrayıb.
Hadisə zamanı gəmidə 30-u ekipaj üzvü olmaqla, ümumilikdə 243 nəfər olub.
Axtarış-xilasetmə qruplarının itkin düşən şəxslərin tapılması istiqamətində işləri davam etdirilir.

