Antalyada ağır qəza: 23 yaşlı azərbaycanlı qız TIR-ın altında qaldı – VİDEO

Antalyada ağır qəza: 23 yaşlı azərbaycanlı qız TIR-ın altında qaldı – VİDEO

Xəbər Yerində xəbər verir ki, Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.

Hadisə Manavqat-Alanya D-400 avtomobil yolunun Çolaklı məhəlləsi istiqamətindəki yolayrıcında qeydə alınıb.

Məlumata görə, H.Ç.-nin idarə etdiyi 68 KD 606 dövlət qeydiyyat nişanlı dartıcı və 68 AGS 028 nömrəli qoşqudan ibarət TIR yolayrıcına çatarkən eyni istiqamətdə hərəkətdə olan G.T.-nin idarə etdiyi 34 FZJ 464 nömrəli avtomobilə və işıqfor dirəyinə çırpılıb.

TIR dayanacağın üzərinə aşıb

Toqquşmadan sonra yük maşını yol kənarında yerləşən dolmuş dayanacağının üzərinə aşıb.

Hadisə ilə bağlı əraziyə Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə, təcili tibbi yardım, jandarma və yol polisi əməkdaşları cəlb olunub.

Qəzanı görən şəxslərin TIR-ın aşdığı ərazidə iki nəfərin olduğunu bildirməsindən sonra xilasedicilər hadisə yerinə kran gətiriblər. Aşan TIR-ın qaldırılması üçün dartıcı və iş texnikalarından istifadə olunub. Uzun sürən işlərin ardından yük maşını ərazidən götürülüb.

Azərbaycan vətəndaşı da həlak olub

Aparılan işlər nəticəsində TIR-ın qoşqusunun altında qalan iki nəfərin həyatını itirdiyi müəyyənləşdirilib.

Onların Rusiya vətəndaşı 20 yaşlı Arina Dautova və Azərbaycan vətəndaşı 23 yaşlı Alyona Dovgalyova olduğu açıqlanıb.

Hər iki şəxsin meyiti Antalya Ədli Tibb Qurumuna aparılıb.

Qəzanı törədən TIR sürücüsü H.Ç. isə hadisə zamanı yüngül xəsarət alıb. O, xəstəxanada müalicəsi başa çatdıqdan sonra jandarma əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir