Xəbər Yerində “Oxu.az”a istinadən xəbər verir ki, İranın Çaharmahal və Bəxtiyari əyalətinin Cunqan şəhərinin başçısı bu gün səhər saatlarında silahlı hücum nəticəsində öldürülüb.
Məlumata görə, hadisə barədə əyalət rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini açıqlama verib.
Rəsminin sözlərinə görə, ilkin qiymətləndirmələr hücumun təxribat xarakteri daşımadığını göstərir.
Hadisənin hansı şəraitdə baş verdiyi, hücumu törədən şəxs və ya şəxslərin kimliyi barədə hələlik əlavə məlumat açıqlanmayıb.

