İrandan Səudiyyə Ərəbistanına mesaj: “Bizə borclusunuz”

İrandan Səudiyyə Ərəbistanına mesaj: “Bizə borclusunuz”

Xəbər Yerində AzNews.az-a istinadən xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İbrahim Rəzai Səudiyyə Ərəbistanını Tehrana ciddi ziyan vurmaqda və İran hakimiyyətini devirməyə çalışmaqda ittiham edib.

Deputat bildirib ki, Ər-Riyad öz təhlükəsizliyini təmin etmək istəyirsə, İrana münasibətdə siyasətinə yenidən baxmalıdır.

“Səudiyyə Ərəbistanı bizə ciddi ziyan vurub və səudiyyəlilər bizə borcludurlar”, – deyə Rəzai vurğulayıb.

O, bu fikirləri Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli rəsmilərinin Tehranda keçirilməsi planlaşdırılan görüşünə münasibət bildirərkən səsləndirib.

Rəzainin sözlərinə görə, İran regionda yeni təhlükəsizlik sistemi yaratmağa çalışır. O, “müqavimət oxu”nun isə “mozaik təhlükəsizlik” adlandırılan model üzərində işlədiyini iddia edib.

Deputat bildirib ki, bu modelin əlamətləri Qırmızı dənizdən Fars körfəzinədək və Aralıq dənizinə qədər uzanan ərazidə görünəcək.

Rəzai həmçinin region ölkələrini İranın rəhbərlik etdiyi yeni təhlükəsizlik strukturuna qoşulmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir