İranın Azərbaycana uçuşları dayandırılıb

İranın Azərbaycana uçuşları dayandırılıb

İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı – SƏBƏB

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, ABŞ-ın İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar səbəbindən İrana məxsus aviaşirkətlərin Azərbaycana həyata keçirdiyi uçuşlarla bağlı məhdudiyyət qərarı verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, İran İslam Respublikasına məxsus və Azərbaycana uçuşlar həyata keçirən aviaşirkətlərin reysləri 2026-cı il sentyabrın 22-dən etibarən dayandırılıb.

Qərarın ABŞ tərəfindən İrana qarşı tətbiq edilən yeni sanksiya paketində aviasiya sektoruna dair məhdudiyyətlərlə əlaqədar qəbul edildiyi qeyd olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi sərnişinlərə müraciət edərək, yaranmış vəziyyətlə bağlı müvafiq aviaşirkətlərlə və biletlərin alındığı satış məntəqələri ilə əlaqə saxlamalarını tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir